Ana Sayfa > Karusel / Dünya > Co Bayden Britaniyanı Avropa İttifaqı ilə yaxınlaşmağa çağırıb

Co Bayden Britaniyanı Avropa İttifaqı ilə yaxınlaşmağa çağırıb


11-07-2024, 17:46. Yazar: Admin

Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşüb.

NATO sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdə olan Kir Starmer Ağ Evdəki Oval kabinetdə Co Bayden ilə bir araya gəlib.

ABŞ Prezidenti yeni baş naziri Avropa İttifaqı ilə yaxınlaşaraq NATO-nun güclənməsinə kömək etməyə çağırıb. Onlar Ukraynada davam edən müharibə də daxil olmaqla, hazırki geosiyasi çətinliklər kontekstində NATO müttəfiqliyinin əhəmiyyəti və xüsusi münasibətlər haqqında danışıblar. Liderlər Ukraynanı dəstəkləməyə davam etmək barəsində razılığa gəliblər.

Co Bayden və Kir Starmer İsrail və Qəzzadakı vəziyyəti də müzakirə ediblər. Girovları azad etmək, humanitar yardım almaq və iki dövlətli həll yolunda irəliləyiş əldə etmək üçün dərhal atəşkəs əldə etmək üçün ortaq ambisiyaların olduğunu dilə gətiriblər(azərtac).


Geri dön