Ana Sayfa > Karusel / Kriminal > DİN-in hərbi qulluqçusu vəfat edib
DİN-in hərbi qulluqçusu vəfat edib11-07-2024, 17:40. Yazar: Admin |
İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən DİN-in Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb. DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, 21 yaşlı MAXE Xanlar Əhmədova bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün vəfat edib. Araşdırma aparılır. Geri dön |