Ana Sayfa > Karusel / Təhsil > Dövlət bağçalarında yer tapmayan valideynlər özəl bağçalara göndəriləcəklər
Dövlət bağçalarında yer tapmayan valideynlər özəl bağçalara göndəriləcəklər11-07-2024, 16:58. Yazar: Admin |
Elm və Təhsil Nazirliyi tərəfindən özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi elan edilir. Bu barədə Qarabaginfo.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqları özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb etmək və təhsil haqqının bir hissəsini qrant vasitəsilə maliyyələşdirməkdir. Qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə aparılır. Sənəd qəbulu üçün son müraciət tarixi 29 iyul 2024-cü ildir. Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Strategiyanın hədəfinə nail olmaq üçün Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir. Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi - elan Geri dön |