Ana Sayfa > Karusel / Dünya > Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib


11-07-2024, 14:55. Yazar: Admin

Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - paylaşımda deyilir.


Geri dön