Ana Sayfa > Karusel / Dünya > “Rusiyanın qələbəsi NATO üçün böyük risk və xərcdir”- STOLTENBERQ

“Rusiyanın qələbəsi NATO üçün böyük risk və xərcdir”- STOLTENBERQ


10-07-2024, 14:31. Yazar: Admin

Ukraynadakı münaqişənin nəticəsi gələcək onilliklər üçün qlobal təhlükəsizlik baxımdan həlledici olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansın yubiley sammiti zamanı deyib.

Stoltenberq ölkələri azadlıq və demokratiya uğrunda mübarizəyə başlamağa çağırıb.

“Bu müharibənin nəticəsi gələcək onilliklər üçün qlobal təhlükəsizliyi müəyyən edəcək. Azadlıq və demokratiya üçün ayağa qalxmağın vaxtı çatıb.  Məkan Ukraynadır”, – Stoltenberq bildirib.

NATO Baş katibi Rusiyanın münaqişədə potensial qələbəsini Alyans üçün ən böyük risk və ən böyük xərc adlandırıb. Stoltenberq qeyd edib ki, belə bir nəticəyə yol vermək olmaz.


Geri dön