Ana Sayfa > Karusel / Gündəm > Müdafiə Nazirliyi bir daha Hadrutun işğaldan azad olunduğunu bəyan edib
Müdafiə Nazirliyi bir daha Hadrutun işğaldan azad olunduğunu bəyan edib12-10-2020, 11:48. Yazar: Admin |
Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun Hadruta daxil olmaq məqsədilə bu istiqamətdə xeyli sayda qüvvə cəmləşdirməsi və gərgin döyüşlərin getməsi barədə yaydığı məlumat açıq-aydın dezinformasiyadır. "Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi riayət edir və heç bir aktiv döyüş fəaliyyəti həyata keçirmir", - deyə məlumatda qeyd olunub. Müdafiə Nazirliyi bir daha qeyd edib ki, Hadrut artıq bir neçə gün bundan əvvəl Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunub.
Geri dön |