Ana Sayfa > Karusel / Sosial / Qarabağ > Şəhid Nemət Şahmuradovla vida mərasimi keçirilib

Şəhid Nemət Şahmuradovla vida mərasimi keçirilib


10-07-2024, 11:57. Yazar: Admin

Xocalıda qalıqları tapılan şəhidlə vida mərasimi keçirilir - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahmuradov Nemət Musa oğlu ilə vida mərasimi keçirilib.

Mərasim Nərimanov rayonunda şəhidin ailəsi yaşayan binanın qarşısında keçirilib. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, o cümlədən Nərimanov rayon icra hakimiyyətinin başçısı Elgün Həbibullayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi və əməkdaşları, şəhidin yaxınları və Xocalı sakinləri iştirak ediblər. Şəhidin nəşi dəfn olunmaq üçün Xocalı Şəhidlər Xiyabanına yola salınıb.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

 


Geri dön