Ana Sayfa > Karusel / Dünya > Kuleba: Rusiyadakı aerodromları vurmaq üçün ABŞ-dən icazə almağa çalışırıq

Kuleba: Rusiyadakı aerodromları vurmaq üçün ABŞ-dən icazə almağa çalışırıq


10-07-2024, 08:20. Yazar: Admin

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba

 

Ukrayna Rusiya ərazisində yerləşən hərbi aerodromlara zərbələr endirmək məqsədilə Amerikanın uzaqmənzilli silahlarından istifadə etmək üçün ABŞ-dən icazə almağa çalışır.

Qarabaginfo.az “UNN” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Biz Ukraynanın bombalanmasında və Ukraynaya raket hücumlarında iştirak edən bütün hərbi hədəfləri amansızcasına məhv etməliyik. İntiqam soyuqqanlı olmalıdır, amma baş tutmalıdır”, - nazir vurğulayıb.


Geri dön