Bakıda baş həkimin otağına benzin törkərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
14:45
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
qarabaginfo.az xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.
Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.