Ana Sayfa > Karusel / Siyasət / Region > Zurabişvili Aİ-nin inteqrasiyanı dayandırmaq qərarına görə hökuməti ittiham edib

Zurabişvili Aİ-nin inteqrasiyanı dayandırmaq qərarına görə hökuməti ittiham edib


9-07-2024, 12:03. Yazar: Admin

Gürcüstan Prezidenti Salome Zurabişvili

 

Gürcüstan Prezidenti Salome Zurabişvili Aİ-nin Gürcüstanın inteqrasiyasını dayandırmaq qərarına görə hökuməti ittiham edib.

QArabaginfo.az xəbər verir ki, dövlət başçısı Gürcüstanla bağlı mənfi qərarlara görə hökumətin məsuliyyət daşıdığını, bütün bunların hakim “Gürcü Arzusu” rəsmilərinin anti-Avropa, anti-Qərb ritorikasına cavab olduğunu qeyd edib.

Zurabişvili ABŞ-nin Gürcüstanla hərbi təlimləri ləğv etməsindən sonra Aİ-nin Gürcüstan Müdafiə Nazirliyi üçün nəzərdə tutulmuş 30 milyon avronu dondurmasının hakim partiyanın Gürcüstanın dostlarına qarşı düşmən siyasət yürütməsinin nəticəsi olduğunu vurğulayıb.


Geri dön