Ana Sayfa > Karusel / Dünya > BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsinə dair xüsusi iclas çağırıb

BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsinə dair xüsusi iclas çağırıb


9-07-2024, 11:18. Yazar: Admin

BMT Təhlükəsizlik Şurası Ukrayna məsələsinə dair xüsusi iclas çağırıb

BMT-nin Təhlükəsizlik Şurası Kiyevdəki Uşaq Xəstəxanasına raket hücumu ilə bağlı xüsusi iclas çağırıb.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbərinə görə, bu gün keçiriləcək toplantıda Rusiya hərbi aviasiyasının Ukrayna ərazisinə son aviazərbələri geniş şəkildə müzakirə olunacaq.

Bu arada, Böyük Britaniyanın qurumdakı nümayəndəsi Barbara Vudvord “X” hesabında yazıb ki, toplantıda Rusiyanın son addımlarının beynəlxalq səviyyədə qınanılmasına dair çağırış ediləcək.

Fövqəladə toplantının təşəbbüskarları ABŞ, Böyük Britaniya, Fransa, Sloveniya və Ekvadordur.

Qeyd edək ki, son məlumata görə ötəngünkü aviazərbələr nəticəsində 4-ü uşaq olmaqla 27 nəfər ölüb, 117 nəfər yaralanıb.


Geri dön