Ana Sayfa > Karusel / Region > Duma miqrantların ölkədən çıxarılması ilə bağlı qanunu qəbul edəcək

Duma miqrantların ölkədən çıxarılması ilə bağlı qanunu qəbul edəcək


9-07-2024, 10:27. Yazar: Admin

 

Duma miqrantların ölkədən çıxarılması ilə bağlı qanunu qəbul edəcək

Rusiya Dövlət Duması miqrantlar haqqında yeni qanunu dəstəkləyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dumanın mətbuat xidmətindən məlumat verilib.

Qəbul ediləcək sənəddə göstərilib ki, müxtəlif ölkələrin vətəndaşları aşağıdakı hallarda ölkənin ərazisindən çıxarılacaq:

  • ictimai qaydanın pozulması;
  • müxtəlif xarakterli inzibati xətaların törədilməsi;
  • müvafiq icazə olmadan əmək fəaliyyəti ilə məşğul olmaq;
  • miqrantların qeydiyyatı üçün müəyyən edilən müddətin bitməsi;
  • sərhəd-buraxılış məntəqələrindən keçid qaydalarının pozulması;
  • Səfərin məqsədlərindən kənar fəaliyyətlə məşğul olmaq;
  • Rusiya Federasiyasının ərazisində yaşayış hüququ verən sənədlərin itirilməsi;
  • Yaşayış üçün nəzərdə tutulan müddətin başa çatması;
  • Ekstremizmə yönələn açıq çağırışlar;

Hazırda qüvvədə olan qanunvericiliyə görə, yuxarıdakı qayda pozuntularına yol verən miqrantlar öz ölkələrinə yalnız məhkəmənin qərarından sonra göndərilə bilər. Sənədin qəbulundan sonra isə qanunun təşəbbüskarı olan Daxili İşlər Nazirliyi bu cəza tədbirini müstəqil şəkildə tətbiq edə biləcək.


Geri dön