Ana Sayfa > Karusel / Region > Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 33 nəfər ölüb
Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 33 nəfər ölüb8-07-2024, 20:20. Yazar: Admin |
Rusiyanın Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb. Qarabaginfo.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 140 nəfər yaralanıb. Qarabaginfo.az “PressOrg” saytına istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Telegram” hesabında məlumat verib. O bildirib ki, ölənlərin 17 nəfəri paytaxt Kiyevin, 11 nəfəri isə Dneprin sakinləridir. Nazirin sözlərinə görə, aviasiya hücumları zamanı 112 nəfər yaralanıb. İ. Klimenko onu da vurğulayıb ki, hücumlar zamanı bir neçə yaşayış binası, xəstəxana və biznes mərkəzi də daxil olmaqla, bəzi infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Geri dön |