Ana Sayfa > Karusel / Gündəm > DİN yanında İctimai Şura Bəyanat verdi –Polisin sosial təminatı ilə bağlı hökümətə müraciət etdi

DİN yanında İctimai Şura Bəyanat verdi –Polisin sosial təminatı ilə bağlı hökümətə müraciət etdi


8-07-2024, 17:10. Yazar: Admin

Daxili İşlər Nazirliyi yanında İctimai Şura Bəyanat verib.
Qarabaginfo.az Bəyanatı təqdim edir:
Ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın, ictimai təhlükəsizliyin qorunması diqqət mərkəzindədir və dövlət başçısının rəhbərliyi, nəzarəti və daxili işlər orqanlarının fədakar xidməti nəticəsində Azərbaycan bu sahədə ciddi uğurlar edib.
Xüsusən xarici təhdidlərin artdığı, transmilli mütəşəkkil cinayətkarlığın müasir texnologiyalarla geniş imkanlar əldə etdiyi, narkotik maddələrin yeni istehsal üsulları və onlayn satışının, kibercinayətkarlıqla bağlı texnoloji inkişafın vüsət aldığı indiki dövrdə Azərbaycan polisi kriminogen durumu fasiləsiz nəzarətdə saxlayır, ictimai asayişi layiqincə qoruyur. Cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir. Bu gün Azərbaycan cinayətkarlığa qarşı mübarizə və əmin-amanlığın qorunması sahəsində də ən uğurlu ölkələrdəndir. Həyata keçirilən kompleks tədbirlər, polisin sistemli və məqsədyönlü fəaliyyəti ölkəmizdə cinayətlər, eləcə də onların subyektlərinin kriminal aktivlik səviyyəsinin azalmasını şərtləndirmişdir.
Azərbaycan polisi Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq və əsl fədakarlıq göstərmişdir. Daxili İşlər Nazirliyinin şəxsi heyətindən döyüşlərdə 66 nəfər şəhid olib, 346 hərbi qulluqçu yaralanıb, 4 nəfər Vətən müharibəsi qəhrəmanı adına layiq görülüb. Vətən müharibəsində qazanılan zəfərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının igidliyi Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib. Hazırda polis əməkdaşları azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunması, partlayıcı maddələr və sursatlardan təmizlənməsində gücə-gündüz, çətin şərtlərdə xidmət aparır.
Bütün bunlarla yanaşı Azərbaycan polisi milli dövlətçilyimizin sadiq keşikçisidir. Respublikamızın ən çətin dövrlərində məhz polisin fədakar fəaliyyəti, dövlətçiliyə sədaqəti ilə sabitliyi saxlamaq, xaosdan qurtulmaq mümkün olub. Bu gün də bu şərəfli xidmət davam edir.
Polis COVİD 19 pandemiyasında insanlarımızın sağlamlığının qorunmasında, 44 günülük Vətən Müharibəsində əmin-amanlığın təmin edilməsində ağır sınaqlardan peşəkarlığı ilə üzüağ çıxdı, qarşıya qoyulan bütün vəzifələri uğurla icra etdi.
Polisin üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməsi, cinayətkarlığın bütün formalarına qarşı prinsipial mövqe tutması, cəmiyyətlə yüksək səviyyədə kommunikasiyası, vətəndaş cəmiyyəti ilə əməkdaşlığı ictimaiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Bununla belə bəzi hallarda polisə qarşı haqsız, qərəzli, qeyri-obyektiv münasibətin şahidi oluruq. Polsin fəaliyyətinə kölgə salmaq üçün böhtan və şaiyələr yayılır, faktlar, məlumatlar təhrif edilir və bu formada ictimailəşdirilir. Daxili İşlər Nazirliyi yanında İctimai Şura bu cür halları qəti şəkildə pisləyir və qınayır. Eyni zamanda İctimai Şura ictimaiyyəti, median, vətəndaş cəmiyyətini, ictimai rəy liderlərini bu cür hallara qarşı barışmaz, sərt movqe tutmağa çağırır.
Bu günlərdə xidməti vəzifələrini yerinə yetirən zaman polis əməkdaşlarının həlak olması bütün cəmiyyətimizi sarsıtdı. Bir daha nümayiş olundu ki, polis əməkdaşları canları bahasına olsa da asayişi qoruyurlar və son ana qədər polis andına sadiq qalıb vəzifələrini yerinə yetirirlər. Bu nümunələr polis əməkdaşlarını qorumaq, onların xidmətini layiqincə qiymətləndirmək barədə əlavə tədbirlərə olan ehtiyacı bir daha diqqətə çatdırdı.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı müqavimət göstərilməsi, zor tətbiq edilməsi, hədə-qorxu gəlinməsi, yalan məlumatlar yayılması hallarına qarşı qanunvericliyin ən sərt formada tətbiqinə çağırır. Bu cür hüquqazidd əməllərə görə qanunverilciyin sərtləşdirilməsini vacib hesab edir və müvafiq dövlət orqanlarını bu istiqamətdə addımlar atmağa çağırır.
Daxili İşlər Nazirliyi yanında İctimai Şura polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin görülməsini vacib sayır və hökuməti bu istiqamətdə addım atmağa çağırır.

Geri dön