Ana Sayfa > Karusel / Dünya > Polşa Ukraynaya hücuma görə qırıcı təyyarələrini havaya qaldırdı

Polşa Ukraynaya hücuma görə qırıcı təyyarələrini havaya qaldırdı


8-07-2024, 16:57. Yazar: Admin

Rusiya ordusunun Ukraynaya kütləvi raket hücumu fonunda Polşa qırıcı təyyarələrini havaya qaldırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.

“Rusların son aqressiv fəaliyyəti ilə əlaqədar Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlara başlanılıb”, – məlumatda bildirilir.

Həmçinin qeyd edilir ki, Polşanın cənub-şərq hissəsində hərbi təyyarələrin işləməsi səbəbindən səs-küy səviyyəsi yüksələ bilər.

Sonuncu dəfə Polşa döyüş təyyarələrini iyunun 22-nə keçən gecə Rusiya Ukraynaya, o cümlədən Polşa ilə həmsərhəd ərazilərə kütləvi raket hücumu həyata keçirəndə havaya qaldırmışdı.


Geri dön