Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 28 nəfər ölüb
Ana Sayfa > Karusel / Region > Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 28 nəfər ölüb

Ukrayna DİN: Rusiyanın aviazərbələri nəticəsində 28 nəfər ölüb


8-07-2024, 16:48. Yazar: Admin

 

Ukraynanın DİN rəhbəri İqor Klimenko

 

Rusiyanın Ukraynanın müxtəlif ərazilərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

Qarabaginfo.az “PressOrg” saytına istinadən xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko “Telegram” hesabında məlumat verib.

O bildirib ki, ölənlərin 17 nəfəri paytaxt Kiyevin, 11 nəfəri isə Dneprin sakinləridir.

Nazirin sözlərinə görə, aviasiya hücumları zamanı 112 nəfər yaralanıb.

İ. Klimenko onu da vurğulayıb ki, hücumlar zamanı bir neçə yaşayış binası, xəstəxana və biznes mərkəzi də daxil olmaqla, bəzi infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

 


Geri dön