Ana Sayfa > Karusel / Siyasət > Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək


7-07-2024, 22:25. Yazar: Admin

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Böyük Britaniyanın Müdafiə Nazirliyinin yeni rəhbəri “Brimstone” raketlərinin Ukraynaya tədarükü ilə bağlı məlumat verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Böyük Britaniya əlavə olaraq Ukraynaya 90 dəqiq idarə olunan “Brimstone” raketi, 10 AS-90 özüyeriyən artilleriya qurğusu və iki yüz əlli min də döyüş sursatı verəcək. Bunu Böyük Britaniyanın yeni müdafiə naziri Con Hili Odessaya səfəri zamanı deyib.

Kiyevə növbəti hərbi yardım paketinə həmçinin 50 kiçik qayıq, 40 minaaxtaran maşın, müdafiə mövqelərini gücləndirmək üçün 61 buldozer və əvvəllər tədarük edilmiş AS-90-lar üçün ehtiyat hissələri daxildir.


Geri dön