Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan Əsədə görüş üçün dəvət ünvanlayacaqlarını açıqlayıb

Ərdoğan Əsədə görüş üçün dəvət ünvanlayacaqlarını açıqlayıb


7-07-2024, 20:47. Yazar: Admin

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

 

Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik.

Qarabaginfo.az “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə dünən Suriya ilə düşmən olmayıb: “Biz Əsəd ailəsi ilə görüşürdük. Biz dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrinin keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər. Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür. Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!”.


Geri dön