Ana Sayfa > Karusel / Mədəniyyət > Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir- FOTOLAR

Bakıda hind aktyorlarının iştirakı ilə film çəkilir- FOTOLAR


6-07-2024, 15:16. Yazar: Admin

Bu günlərdə “Azərbaycanfilm” kinostudiyasının həyətində hindistanlı aktyor Ajut Kumarın rol aldığı “Vidaamuyarchi” (Cəhd etmək) filminin çəkilişləri aparılıb.

Filmin çəkilişləri “Film Bridge Azerbaijan” şirkətinə həvalə olunub.

Filmin prodüseri Emin Quliyev deyib ki, filmin çəkilişləri ötən ilin oktyabr ayında başlayıb, dekabrda fasilə verilib və indi yenidən davam etdirilir. Filmin bəzi kadrları Xızı, Qobustan, Ələt, Şamaxı ərazisində aparılıb.

İndiyədək 30-dan çox hind film layihəsini Azərbaycana gətirdiklərini söyləyən E.Quliyev söyləyib ki, onlar, ilk növbədə, məkanlara gəlib baxıblar. “Layihəyə başlayanda seçimdə Birləşmiş Ərəb Əmirlikləri (Əbu-Dabi şəhəri), habelə Mərakeş və Azərbaycan var idi. Hər üç ölkəni gəzib Azərbaycanı seçdilər. Səhralığı Qobustanda və Xızıda lentə aldılar. Bədii filmin birinci hissəsində hadisələr bütünlüklə Azərbaycanı əks etdirir. Sonradan Gürcüstanda da çəkilişlər olmalı idi. Azərbaycana tam uyğunlaşdıqları üçün Gürcüstan səhnələrini də Azərbaycanda lentə aldılar. Filmi lentə alan şirkət Hindistanın cənubunda, Tamilnad ştatının Çennai şəhərində yerləşir”.

Azərbaycan Mədəniyyət Nazirliyinin ölkəmizin təbliği məqsədilə bu cür çəkilişlərin aparılmasına dəstək olduğunu söyləyən filmin prodüseri deyib ki, bu ekran əsərində bizim aktyorlardan Xalq artisti Vidadi Həsənov, həmçinin Cavanşir Hadıyev, Tural Əhməd, Vüsalə Ağayeva və Svetlana Bulaxın rol alıb.

Qeyd edim ki, “Vidaamuyarchi” filmi rejissor Magizh Thirumeni tərəfindən lentə alınan döyüş filmidir. “Lyca Productions” və “Subaskaran Allirajah” tərəfindən istehsal olunur. Filmin Hindistan premyerası 2024-cü ilin oktyabrında nəzərdə tutulub(azərtac).


Geri dön