Ana Sayfa > Karusel / Dünya > Ermənistan hökumətinin nicatı
Ermənistan hökumətinin nicatı9-10-2020, 16:00. Yazar: Admin |
Nikol Paşinyan
Ermənistan hakimiyyəti döyüşdə uğursuzluğunu yeni tədbirlər həyata keçirməklə ört-basdır etməyə çalışır. Belə ki, onlar yeni məhdudlaşdırıcı tədbirlərə başlayıb. Ermənistan hökuməti sentyabrın 27-dən tətbiq olunan hərbi vəziyyəti daha da sərtləşdirib. Nazirlər Kabinetinin qərarına görə, məmurların şübhə doğuran təşviqat aparması, ölkənin müdafiə qabiliyyətini tənqid, inkar etməsi və müvafiq materialların yayımlanması qadağandır: “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”. Qaydalara riayət olunmasına Ermənistan polisi nəzarət edəcək. Hüquq-mühafizə orqanlarının əməkdaşlarına çap avadanlığı, radio və audio yayım avadanlığı və surətçıxarma maşınlarını müvəqqəti olaraq müsadirə etmək və ya üzərinə həbs qərarı qoymaq hüququ verilir. Ermənistanın baş naziri Nikol Paşinyan “Ermənistanda hərbi vəziyyətin tətbiqi haqqında” qərara dəyişikliklərin edilməsinə dair imzaladığı qərar artıq bu gündən qüvvəyə minib. Dəyişikliklərə ehtiyac nədən yaranıb? Döyüşlərdən əvvəl Ermənistanda ictimai-siyasi vəziyyət böhrana doğru inkişaf edirdi. Yeni müxalifət formalaşır, hökumətin verdiyi vədlərin yalan olduğu təsdiqlənirdi. Nikol Paşinyan hökuməti xilas yolunu döyüşlərdə gördü. Vəziyyətdən çıxmaq üçün 2020-ci ilin iyununda Azərbaycanın dövlət sərhədində təxribata əl atdı. Ancaq bu istiqamətdə uğursuzluğu hakimiyyətin düşdüyü vəziyyəti daha da ağırlaşdırdı. Sentaybrın 27-dən sonra yaranmış vəziyyət isə tamamilə Ermənistan hakimiyyətinin əleyhinə işləyir. Qarabağdan olan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan, milli təhlükəsizlik xidmətinin keçmiş dirketoru Artur Vanesyanın fəallaşdığı hiss olunur. İş o yerə çatıb ki, barəsində cinayət işi davam edən Koçaryan cəbhəyə yardım göndərir. Hökumətin “günah keçisi” axtardığını yaxşı anlayan müxalifət oktyabrın 8-nə nəzərdə tutulan etiraz mitinqini belə təxirə saldı. Halbuki müxalifət payızda Nikol üçün sürpriz hazırladıqlarını bildirmişdi. Bu ilin martından vəziyyətə koronavirusla bağlı fövqəladə vəziyyət rejimini uzatmaqla nəzarət edən baş nazir indi də “hərbi vəziyyəti” əsas gətirərək hakimiyyətdə qalmağa səy göstərir. Nikol Paşinyan döyüşlərin gec-tez kəsiləcəyini yaxşı anlayır. Bu döyüşdən onun dövlətinin, mənsub olduğu entik qrupun və hakimiyyətinin məğlub çıxacağını da bilməmiş deyil. Ona görə də Paşinyan və onun dəstəkləyən qüvvələr döyüşlərdən sonrakı dövrə də hazırlaşırlar. Bunun üçün də hökumət dəyişiklik edilən qanunla cəbhə xəttində, hakimiyyətdə, cəmiyyətdə, bir sözlə Ermənistanda bütün sahələrdə “satqın ovuna” çıxıb. Bu istiqamətdə Milli Təhlükəsizlik Xidmətində ilk addım atılıb. Xidmətin direktoru Arqişti Kərəmyanın işdən azad edilməsi bu proses üçün siqnal sayıla bilər. Qurumun hərbi əks-kşfiyyat idarəsinin rəisi Levon Şaumyan da tutduğu vəzifədn uzaqlaşdırılıb. Halbuki bu iln yanvarında Paşinyan ona general rütbəsi verib. Onun sərəncama göndərildiyi bildirilir. Bu onu da sübut edir ki, Ermənistanın təhlükəsizlik xidmətində ciddi problemlər var. Beləliklə, hərbi vəziyyətə dair dəyişikliklər və düzəlişlər bu dövlətin təhlüksizliyinin təmin edilməsindən daha çox Nikol Paşinyanın gələcək hakimiyyətinin qorunmasına xidmət edəcəyi ehtimalını artırır. Bundan sonra ona rəqibləri sıxışdırmaq, cəmiyyətdə xof yaratmaq, ölkədə demokratiyanı qorumaq adı ilə diktatura yaratmaq lazımdır. O, Ermənistan cəmiyyətinin Azərbaycanla qorxudub, öz hərbi diktaturasını yaratmağa səy edəcək. Bu, məğlub hərbi qüvvələrə, generallara da öz bacarıqsızlıqlarını gizlətmək üçün sərfəli sayılar. Onlar bu yolla ünvanlarına deyilən tənqdilərin qarşısını ala bilərlər. Bu baxımdan həbrçilərin perspektivdə Nikol Paşinyana qarşı çıxış etməsi ehtimalı da sıfıra enər. Ermənistan cəmiyyəti və Azərbaycanın işğal altında olan torpaqlarındakı erməni icması 30 ilə yaxındır Yerevanda hakimiyyətə gələn qüvvələrin əlində girovdur. Qarabağın işğaldan azad edilməsi ilə onlar bu girovluqdan xilas ola bilər. Ancaq belə qənaətə gəmək olar ki, məğlub baş nazir Nikol Paşinyanla generalları hərbi vəziyyətə dair yeni qanunla Ermənistan cəmiyyətini yenidən girov saxlamağa çalışacaq. Çünki hərbi diktatura rejimi onu mühakimə olunmaqdan xilas edə bilər. Nikol Paşinyan və generallar üçün hərbi diktaturanın yaradılması nicat yolu sayılır. "Report" Geri dön |