Ana Sayfa > Karusel / Siyasət / Region > ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb
ABŞ Gürcüstanla birgə hərbi təlimləri təxirə salıb5-07-2024, 19:49. Yazar: Admin |
ABŞ Gürcüstanla birgə keçirilməli olan “Noble Partner” hərbi təlimlərini qeyri-müəyyən müddətə təxirə salıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun saytında yerləşdirilib. Bu qərar rəsmi Tiflisin ABŞ-ni Rusiya ilə münasibətləri pozmaqda ittiham etməsi ilə əsaslandırılıb. Eyni zamanda bildirilib ki, təlimlərin təxirə düşməsi ikitərəfli münasibətlərə təsir etməyəcək. Qeyd edək ki, "Noble Partner" hərbi manevrləri iyulun 25-dən avqustun 6-dək təşkil olunmalı idi. Geri dön |