Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan Bəşər Əsədi Türkiyəyə dəvət edə bilər

Ərdoğan Bəşər Əsədi Türkiyəyə dəvət edə bilər


5-07-2024, 16:20. Yazar: Admin

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

Suriya lideri Bəşər Əsədin Türkiyəyə səfəri baş tuta bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O, eyni zamanda, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin də ölkəsinə səfəri baş tuta bilər:

“Cənab Putin və Bəşər Əsədə dəvətimiz ola bilər. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Suriyada keçən bütün illər hamıya daimi həll mexanizminin qurulmalı olduğunu açıq şəkildə göstərdi. İnfrastrukturu dağıdılan, əhalisi səpələnmiş Suriyanın ayağa qalxması və qeyri-sabitliyə son qoyulması vacibdir”.


Geri dön