Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 215 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada 215 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib


9-10-2020, 15:42. Yazar: Admin

 

Azərbaycanda son sutkada 215 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 215 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 41519 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39129 nəfər müalicə olunaraq sağalıb, 605 nəfər vəfat edib, aktiv xəstə sayı 1785 nəfərdir.

Ölkədə son sutka ərzində 5124, hazırkı dövrədək isə 116 2062 test aparılıb.

Azərbaycanda ümumilikdə 41519 nəfər COVID-19-a yoluxub, 605 nəfər vəfat edib.

Azərbaycanda indiyədək 116 2062 koronavirus testi aparılıb


Geri dön