Ana Sayfa > Karusel / Dünya > Borrel: Macarıstan Baş naziri Rusiyaya səfər etmək üçün Aİ-dən mandat almayıb

Borrel: Macarıstan Baş naziri Rusiyaya səfər etmək üçün Aİ-dən mandat almayıb


5-07-2024, 12:59. Yazar: Admin

Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell

 

Macarıstan Baş naziri Viktor Orban Rusiyaya səfər etmək üçün Avropa İttifaqından mandat almayıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.

O, Brüsselin Moskva ilə təmasları istisna etdiyini söyləyib.

Qeyd edək ki, iyulun 1-dən etibarən Aİ Şurasına sədrlik altı ay müddətinə Macarıstana keçib.

Macarıstanın Baş nazirinin Moskvaya mümkün səfəri ilə bağlı xəbərlər yayıldıqdan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel Budapeştin Aİ adından Rusiya ilə qarşılıqlı əlaqədə olmaq səlahiyyətinə malik olmadığını bildirib.


Geri dön