Ana Sayfa > Karusel / Cəmiyyət > Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi

Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi


3-07-2024, 19:55. Yazar: Admin

mescidde-imam-olmaq-isteyenlerden-9-u-imtahandan-kesildi

İyulun 3-də İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması məqsədilə keçirilən müsahibənin nəticəsi açıqlanıb.

Bu barədə Qarabaginfo.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məsciddə təkcə imam olmaq istəyənlərdən 9-u keçid balını toplaya bilməyib.

İmtahan verənlərdən yalnız 8 nəfər yetərli balı yığmağı bacarıb. Ümumilikdə isə 15 nəfərin vakant yerlərə balı çatmayıb.

Qeyd edək ki, keçid balı 26 olub. İmtahanda maksimum yığılacaq bal isə 35-dir.


Geri dön