Ana Sayfa > Karusel / Region > Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb- Pilot həlak olub

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb- Pilot həlak olub


2-07-2024, 15:49. Yazar: Admin

Gürcüstanın Bolnisi rayonunun Disveli kəndində hərbi helikopter qəzaya uğrayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bolnisi merinin nümayəndəsi Zurab Şainidze bildirib.

Onun sözlərinə görə, helikopterin qəzaya uğraması nəticəsində pilot Kaxaber Zurabaşvili həlak olub.

Gürcüstan Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olunur ki, hazırda hadisənin baş vermə şəraitinin araşdırılması üçün ərazidə müvafiq işlər aparılır.

Digər təfərrüatlar hələ açıqlanmayıb.


Geri dön