Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > İranda səsvermənin vaxtı yenə uzadıldı
İranda səsvermənin vaxtı yenə uzadıldı28-06-2024, 23:29. Yazar: Admin |
İranda prezident seçkiləri üçün səsvermənin vaxtı 20:00-dək (Bakı vaxtı ilə saat 20:30-a qədər- red.) uzadılıb. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildirib. “Ölkənin müxtəlif bölgələrindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında bütün ölkə üzrə səsvermə vaxtı 2 saat uzadılıb”, - Eslami bildirib. Qeyd edək ki, seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 18:30) bağlanmalı idi. Geri dön |