Ana Sayfa > Karusel / Gündəm > COP29-da qətiyyətli addımlar atılmasa, dünya uçuruma yuvarlanacaq - Baş katib

COP29-da qətiyyətli addımlar atılmasa, dünya uçuruma yuvarlanacaq - Baş katib


28-06-2024, 13:27. Yazar: Admin

 

COP29-da qətiyyətli addımlar atılmasa, dünya uçuruma yuvarlanacaq - Baş katib

Noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində bildirib.

 

Özünün də iştirak etməyi planlaşdırdığı iqlim konfransından bəhs edən Baş katib ümidvar olduğunu bildirib ki, məhz bu tədbir planetin uçuruma doğru hərəkət etməsi həqiqətinin etirafı kontekstində dönüş məqamı olacaq. O deyib: “Son 12 ayın hər biri əvvəlkindən daha isti olub. Alimlər ilk dəfə qeyd edirlər ki, yaxın bir neçə ildə bizdə 1,5 dərəcədən çox qlobal istiləşmə müşahidə oluna bilər və bu, təbii ki, vəziyyətin dönməzliyi anlamına gəlmir. Xeyr, demək istəyirəm ki, 1,5 dərəcə məqsədi uzunmüddətli hədəfdir”.

Baş katibin sözlərinə görə, əgər daha bir sıçrayış baş verərsə, dünya onu qısaltmaq və axını tamamilə dəyişmək üçün hər cür səy göstərməli olacaq. “Ancaq biz tarixin çox dramatik anındayıq. İstərdim ki, bu konfransda bəzi qətiyyətli tədbirlər görülsün, amma yenə də iqlim ədaləti çərçivəsində; iqlim dəyişikliyinə töhfə verməyən, lakin ondan çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin maraqları nəzərə alınsın. Bu, həm dəniz səviyyəsinin yüksəlməsi amilindən təsirlənən kiçik adalara, həm də quraqlığın icmalara dağıdıcı təsir göstərdiyi Afrika ölkələrinə aiddir”, -deyə Quterreş vurğulayıb.

 

 

BMT-nin rəhbəri deyib: “Əgər biz iqlim dəyişikliyi tendensiyasını əks istiqamətə çevirən qərarlar qəbul edə bilsək, eyni zamanda, dramatik təsirlərlə üzləşən və resurslara ehtiyacı olan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab versək, onda bu, irəliyə doğru atılmış mühüm bir addım olardı. İnkişaf etmiş ölkələr öz üzərinə öhdəliklər götürməli və iqlim dəyişikliyinin təzyiqi altında inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərə daha effektiv töhfə verməlidir”.


Geri dön