NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşərək 9-11 iyul tarixləri arasında Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlığı müzakirə edib.
Qarabaginfo.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) sammitində iştirak etmək üçün Brüsselə səfər edən Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun iqamətgahında baş katib Yens Stoltenberqlə də qapalı qapılar arxasında görüşüb.
Görüşdən sonra NATO-dan veriilən yazılı açıqlamada Stoltenberq və Zelenskinin Vaşinqton Sammitinə hazırlığı müzakirə etdiyi bildirilib.
"Sammitdə Ukraynaya dəstəyin artırılması müttəfiq liderlərin əsas prioritetlərindən biri olacaq. Düşünürəm ki, biz Ukrayna və NATO üçün həqiqətən faydalı sammitə gedən yoldayıq", - deyə Stoltenberq görüşlə bağlı açıqlamasında bildirib.