Ana Sayfa > Karusel / Təhsil > “Hər 3 müəllimdən biri ilə sağollaşacağıq”
“Hər 3 müəllimdən biri ilə sağollaşacağıq”27-06-2024, 16:00. Yazar: Admin |
“Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib”. Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” adlı tədbirdə çıxışı zamanı deyib. Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub. E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 faiz (6 238) müəllim yüksək nəticə göstərib: “10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb”. O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir: “443 müəllim isə hələ prosesdə iştirak etməyib”. “Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacağıq. Çünki həmin rayon üzrə zəif nəticə çoxdur”, - nazir əlavə edib.
Geri dön |