Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dünənki qətlə görə saxlanılan şübhəli şəxs hərbçidir
Ana Sayfa > Karusel / Kriminal > Dünənki qətlə görə saxlanılan şübhəli şəxs hərbçidir

Dünənki qətlə görə saxlanılan şübhəli şəxs hərbçidir


27-06-2024, 12:11. Yazar: Admin

dunenki-qetle-gore-saxlanilan-sexs-herbcidir 

Dünən axşam paytaxtın Nərimanov rayonunda güllələnərək qətlə yetirilən Tural Kosayevlə hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı İsmayıl Allahverdiyev həmkəndli olublar.

Qarabaginfo.az Oxu.az-a istinadən xəbər verir ki, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.

Bildirilib ki, polis tərəfindən saxlanılan İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

Xatırladaq ki, şahidlərin bildirdiyinə görə, hadisə iştirakçılarının hər ikisi maşınla olub. Sonradan onlar avtomobildən düşüb və İsmayıl belindən silahı çıxararaq Turala atəş açıb. 

 

 

 


Geri dön