Ana Sayfa > Karusel / Sosial > Güclü yağış nəticəsində İsmayıllıda torpaq sürüşməsi olub
Güclü yağış nəticəsində İsmayıllıda torpaq sürüşməsi olub27-06-2024, 11:25. Yazar: Admin |
Bir neçə gündür yağan güclü leysan yağışları İsmayıllının bəzi kəndlərində problemlər yaradıb. Qarabaginfo.az xəbər verir ki, aramsız yağıntı səbəbindən rayonun Qoydan kəndində torpaq sürüşməsi baş verib. İsmayıllı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov Qarabaginfo.az-a bildirilib ki, aidiyyəti qurumlar bununla bağlı məlumatlandırılıb. Əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, akt tərtib olunub. Geri dön |