Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. bareli ötüb

ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. bareli ötüb


27-06-2024, 10:59. Yazar: Admin

ABŞ-ın kommersiya neft ehtiyatları 460 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 561 min barel artaraq 460 696 min barel təşkil edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 2 600 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.


Geri dön