Ana Sayfa > Karusel / Gündəm > MİQ imtahanında bu müəllimlərin şansı ARTACAQ

MİQ imtahanında bu müəllimlərin şansı ARTACAQ


26-06-2024, 14:59. Yazar: Admin

 

MİQ imtahanında bu müəllimlərin şansı ARTACAQ

Sertifikasiya imtahanlarından sonra sırada müəllimlərin işə qəbulu (MİQ) imtahanı var. Artıq imtahan yerləri və tarixləri məlum olub. Sertifikasiya imtahanlarının nəticələri MİQ imtahanına necə təsir edəcək?

 

Qarabaqinfo.az mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlunun fikrini öyrənib.

 

Onun sözlərinə görə, müəllimləri işə qəbulu imtahanlarının yeri və vaxtı ilə bağlı namizədlərin şəxsi səhifəsinə məlumat göndərilib:

 

“Artıq imtahanların keçirilməsi üçün bütün infrastruktur nəzərdən keçirilib, təhlükəsizlik tədbirləri həmçinin digər işlər yekunlaşmaq üzrədir”.

Ekspert bildirib ki, sertifikasiyadan kəsilən müəllimlərin yeri birbaşa vakansiyaya çıxarılmır:

 

“Bu il iki formada sertifikasiya imtahanı həyata keçirildi. Keçən il kəsilən müəllimlərin sertifikasiyası və heç vatx imtahan verməyən müəllimlərin sertifikasiyası. Məsələ belə tənzimlənir ki, müəllim sertifikasiyadan kəsilirsə, növbəti il şans olaraq yenidən sertifikasiya imtahanına buraxılır. Təbii ki, bu aralıqda müəllimlər müəyyən metodik vasitələrlə təmin olunur, təkmilləşir və sonra sertifikasiyada iştirak edir. Bu il imtahan verən Azərbaycan dili və ibtidai siif müəllimlərinin bir qismi keçən il imtahan vermişdi, bu il yenidən iştirak etdi”.

 

İşdən uzaqlaşdırılan müəllimlərin yeri necə əvəz edilir?

 

R.Fikrətoğlu qeyd edib ki, keçən il 743 nəfər müəllim işdən uzaqlaşdırılmışdı. Onların təxminən 200-ə qədəri vakansiyaya çıxarıldı. Qalan yerlər dərs saatı az olan yerlər arasında bölüşdürüldü:

 

“Keçən il imtahandan sertifikasiyadan kəsilən 743 müəllimin 500-dən çoxunun yeri dərs saatı az olan, MİQ imtahanında yüksək nəticə əldə etmiş müəllimlər arasında bölüşdürüldü. Qalan 200-ə yaxın yer vakansiyaya çıxarıldı. Bu il də təbii ki, belə olacaq. Bu il xeyli kəsilən müəllimlərin də hamısı yox, bir qismi vakansiyaya çıxarılacaq. 4000-in bir qismi isə böyük bir saydır. Bu il yerlərin çox olması, MİQ imtahanına qeydiyyatdan keçmənin biraz çətin olması fikri ciddi olmayan müəllimlər üçün sanki bariyer yaratdı. Düşünürəm ki, boş yerlərin və yeni vakansiya yerlərinin olması, müəllim olmaq istəyən şəxslər üçün daha real olacaq. Amma bu bütün fənn müəllimlərinə aid olmayacaq. Məsələn keçən il kimya müəllimliyi üzrə keçid 80 idisə, bu il 60 ola bilər. Təbii ki, bu öyük fərq yaradacaq. Bu fərq ibtidai sinif müəllimləri üçün də qaçınılmaz olacaq, çünki bu il həmin sahədə də kəsilənlər çox oldu. Bu il həmin yerlərin keçid balı 90 idisə, bu il80 ola bilər. Çünki bu il işinə xitam verilən müəllimlərin çoxu ibtidai sinif müəllimləridir”.


Geri dön