Ana Sayfa > Karusel / Gündəm > Buzovnada quldurluq edən qaramaskalılar saxlanıldı

Buzovnada quldurluq edən qaramaskalılar saxlanıldı


26-06-2024, 14:32. Yazar: Admin

 

Buzovnada quldurluq edən qaramaskalılar saxlanıldı

İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar.

 

Bu barədə Qarabaqinfo.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

 

Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

 


Geri dön