Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazir müşaviri: “Dağlıq Qarabağdakı iqtisadi ziyan hesablanır”
Nazir müşaviri: “Dağlıq Qarabağdakı iqtisadi ziyan hesablanır”8-10-2020, 17:51. Yazar: Admin |
Azərbaycan Dağlıq Qarabağdakı hərbi qarşıdurmadan dəyən iqtisadi ziyanı hesablayır, lakin hələlik konkret rəqəmlərdən danışmaq çətindir. Qarabaginfo.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Rusiyanın TASS İnformasiya Agentliyinə bildirib. “Biz indi müxtəlif əhəmiyyətli mülki obyektlərə, o cümlədən Azərbaycanın strateji obyektlərinə atılan və ya atılmasına cəhdlər edilən artilleriya və raket zərbələrindən danışırıq. Yəni biz Azərbaycan iqtisadiyyatına dəyən ciddi ziyandan danışırıq. Təbii ki, hərbi əməliyyatlar, sürətlə gedən proseslər, dəyişən vəziyyət çərçivəsində bu gün dəqiq rəqəmlərdən danışmaq çətindir”, - deyə E. Məcidov bildirib. Onun sözlərinə görə, hazırda itkilərin hesablanması ilə məşğul olan qurumlararası və sektoral komissiyalar işləyir. “Mən sizi əmin edirəm ki, hesab təqdim ediləcək”. “Report” Geri dön |