Ana Sayfa > Karusel / Siyasət > Gürcü politoloq: “Qarabağın Azərbaycanın əzəli torpağı olması heç bir şübhə doğurmur”
Gürcü politoloq: “Qarabağın Azərbaycanın əzəli torpağı olması heç bir şübhə doğurmur”8-10-2020, 17:49. Yazar: Admin |
Simon Kopadze
“Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olması heç bir şübhə doğurmur”. Qarabaginfo.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu politoloq, professor Simon Kopadze Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində təşkil olunan dəyirmi masada çıxışında bildirib. Onun sözlərinə görə, ermənilərin bu torpaqlara heç bir haqqı çatmır və bu birmənalıdır. S.Kopadze hazırkı Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradıldığını deyib: “Ermənistan İrəvan xanlığının ərazisində qurulub. Erməni vandalları orada Azərbaycana aid bütün memarlıq abidələrini məhv edib, yerli azərbaycanlıları qovub və ya soyqırımına məruz qoyub”. Geri dön |