Ana Sayfa > Karusel / Gündəm > 79 yaşlı Hüseynbala Mirələmov: “Qoy, indi cavanlar deputat olsun!”
79 yaşlı Hüseynbala Mirələmov: “Qoy, indi cavanlar deputat olsun!”25-06-2024, 15:09. Yazar: Admin |
Bu gün sabiq deputat, yazıçı Hüseynbala Mirələmovun doğum günüdür. Onun 79 yaşı tamam olur. Hüseynbala Mirələmov 1945-ci il iyun ayının 25-də Lerik rayonunun Nuravud kəndində anadan olub. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) İnşaat fakültəsində sənaye və mülki tikinti ixtisasına yiyələnib. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis, 1986-cı ildən "Azərqaztəmirtikinti" Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışıb. 1992-ci ildən biznes fəaliyyəti ilə məşğul olub. 1996-cı ildən "Bakqaz" İstehsalat İdarəsi rəisinin müavini, 1998–2007-ci illərdə Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri işləyib. Qarabaqinfo.az doğum günü münasibəti ilə sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. Saytımıza açıqlamasında Hüseynbala Mirələmov təbriklərdən çay içməyə vaxt tapa bilmədiyini deyib: "Dünyanın ən böyük sərvəti can sağlığıdır. Sizin saytınız başda olmaqla bütün dostlarıma can sağlığı arzu edirəm. Düşünürəm ki, Azərbaycan xalqı çətin imtahan qarşısındaydı. Allah bizim Ümumilli liderimizə rəhmət eləsin! Onun siyasətini davam etdirən cənab İlham Əliyev öz “Dəmir yumruğ"u ilə torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan günü-gündən inkişaf edir. Mən bütün xalqımıza minnətdaram. Allah Prezidentimizə can sağlığı versin. Bütün insanlara sağlam ömür arzu edirəm. Azərbaycan xalqı bundan sonra heç bir problem qarşısında qalmasın. Təəssüratlarım bunlardan ibarətdir.
"Səhər tezdən oyanmışdıq. Yoldaşıma dedim ki, həmişə ad günümdə hava işıqlanan kimi Hadinin telefon zəngi gəlirdi, hay-küylə danışırdı. Birinci o zəng edirdi. Hadi bütün cəhətləri ilə yaxşı insan və dost idi. Biz uşaqlıqda bir yerdə böyümüşük, dost olmuşuq. Elə bir-iki saat qabaq onu yada salmışıq. Allah Hadiyə qəni-qəni rəhmət eləsin!". "Qarşıdan növbədənkənar seçkilər gəlir, Hüseynbala Mirələmov namizədliyini irəli sürə bilərmi?". Eks-deputat sualımıza belə cavab verib: "Mən artıq yaradıcılıqla məşğulam. Yeni bir roman yazıb bitirmişəm. Romanın adı “Behbudxan Cavanşir” adlanır. O, Azərbaycanın ilk daxili işlər naziri olub. Stepan Şaumyanla Almaniyada bir yerdə oxuyublar. Ermənilər ona nifrət bəsləyiblər. O, İstanbulda erməni gülləsinə tuş gəlib. Romanı yaxınlarda çapa verməyə hazırlaşıram. Yazıçı olmaq həm siyasətçi, həm iqtisadçı, həm də həkim olmaqdır. Yəni yazıçı hərtərəfli olur. Hesab edirəm ki, bu mənim üçün kifayətdir. 15 il, yəni üç çağırış Milli Məclisin deputatı olmuşam. Qoy, indi seçkilərə cavanlar getsinlər". Geri dön |