Ana Sayfa > Karusel / Siyasət > Nazirə yeni müşavir təyin edildi
Nazirə yeni müşavir təyin edildi25-06-2024, 13:11. Yazar: Admin |
Ədliyyə nazirinə yeni müşavir təyin edilib. Qarabaginfo.az bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elvin Hətəmzadə nazirin müşaviri vəzifəsinə gətirilib. Qeyd edək ki, E. Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib. 2012-2020-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Azərbaycan Ali Məhkəməsində Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb. Geri dön |