Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dağıstan rəhbəri qadınların niqab geyinməsinin əleyhinə çıxıb
Ana Sayfa > Karusel / Region > Dağıstan rəhbəri qadınların niqab geyinməsinin əleyhinə çıxıb

Dağıstan rəhbəri qadınların niqab geyinməsinin əleyhinə çıxıb


25-06-2024, 12:53. Yazar: Admin

Dağıstan rəhbəri Sergey Melikov

 

Dağıstan rəhbəri Sergey Melikov qadınların niqab geyinməsinin əleyhinə çıxış edib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, o, bu geyimin Qafqaz xalqları üçün xarakterik olmadığını deyib.

“Şəxsən mən niqab geyinməyin əleyhinəyəm, o cümlədən terrorizmə qarşı mübarizə üzrə tapşırıqları dəfələrlə yerinə yetirmiş şəxs kimi, həm də ona görə ki, ilk növbədə Qafqaz xalqları üçün qeyri-adi olan bu geyim kişilərin də gizlənməsinə şərait yaradır. Bu örtüyün arxasında qadınlar qadağan olunmuş əşyalar daşıya bilər. Təhlükəsizlik baxımından bunun əleyhinəyəm”, - Dağıstan rəhbəri qeyd edib.


Geri dön