Ana Sayfa > Karusel / Təhsil >   Bu gündən sertifikasiyadan narazı müəlllimlərin şikayəti qəbul olunur

  Bu gündən sertifikasiyadan narazı müəlllimlərin şikayəti qəbul olunur


25-06-2024, 10:37. Yazar: Admin

 

Bu gündən sertifikasiyadan narazı müəlllimlərin şikayəti qəbul olunur

21, 22 və 24 iyun tarixində təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna start verildi.

Bu barədə Qarabaqinfo.az-a Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzindən bildirilib.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, təhsilverənlər 1 ay müddətində şəxsi kabinetləri vasitəsilə apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

 


Geri dön