Ana Sayfa > Karusel / İdman > Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu

Azərbaycanlı şahmatçı İngiltərə çempionu oldu


24-06-2024, 21:28. Yazar: Admin

azerbaycanli-sahmatci-ingiltere-cempionu-oldu

Azərbaycanlı şahmatçı Elmira Mirzəyeva İngiltərə Açıq çempionatının qalibi olub.

Qarabaginfo.az xəbər verir ki, 43 yaşlı qrossmeyster İsveçrə sistemi ilə keçirilən turnirin sonuncu - VII turunda qələbə qazanaraq lider Katarjina Toma ilə xallarının sayını bərabərləşdirib.

Qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.

Rəqibini məğlub edən həmyerlimiz yekunda İngiltərə çempionu olub.

Qeyd edək ki, Elmira Mirzəyeva Rusiyada anadan olsa da, onun valideynləri əslən Gəncə şəhərindəndir.

 


Geri dön