Ana Sayfa > Karusel / Region > Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb

Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb


24-06-2024, 17:00. Yazar: Admin

 

Dağıstanda baş vermiş terror aktlarında 20 nəfər ölüb - YENİLƏNİB

Dağıstanda silahlıların hücumu zamanı 20 nəfər ölüb, 46 nəfər yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, iyunun 23-də Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.


Geri dön