Ana Sayfa > Karusel / Kriminal > 10 milyonluq əmlakı üzərindən həbs götürüldü

10 milyonluq əmlakı üzərindən həbs götürüldü


24-06-2024, 13:19. Yazar: Admin

10-milyonluq-emlaki-uzerinden-hebs-goturuldu

Xəbər verdiyimiz kimi, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qarabaginfo.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eks-icra başçısının satılmış və dəyəri dövlət büdcəsinə vurulmuş ziyana yönəldilməsi ilə əlaqədar məhkəmə depozitinə köçürüldüyündən iki əmlakı üzərindən həbs qərarı götürülüb.

Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.

A.Məmmədovun Bakıda yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.


Geri dön