Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb.

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb.


24-06-2024, 13:14. Yazar: Admin

 

 

Xankəndi şəhərində ECOLEAD layihəsinə dair anlaşma Memorandumu imzalanıb.

Qarabaginfo.az xəbər verir ki, anlaşma Memorandumunu Baş prokurorunun müavini Heydər Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev imzalayıb.

Qeyd edək ki, memorandum ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində
funksiyalarını daha operativ və səmərəli icra etmək üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə imzalanıb.(Apa)


Geri dön