Ana Sayfa > Karusel / Hadisə > Daşkəsəndə ər arvadını baltaladı

Daşkəsəndə ər arvadını baltaladı


24-06-2024, 10:50. Yazar: Admin

 

Daşkəsəndə ər arvadını baltaladı

İyunun 24-də saat 02 radələrində Daşkəsən rayonu, Əmirvar kənd sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Daşkəsən rayon prokurorluğundan Qarabaqinfo.az-a verilən məlumata görə, araşdırma zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Atlas Ocaqverdiyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

Teymur Ocaqverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.


Geri dön