Ana Sayfa > Karusel / İnfrastruktur > Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb24-06-2024, 08:26. Yazar: Admin |
Bakının bir sıra yollarında tıxac yaranıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində; 4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində; 5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur. Geri dön |