Ana Sayfa > Karusel / Dünya > Tayvanda güclü zəlzələ oldu

Tayvanda güclü zəlzələ oldu


23-06-2024, 23:04. Yazar: Admin

tayvanda-guclu-zelzele-oldu


Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də qeydə alınıb.

Zəlzələnin episentri təxminən 100 min nəfər olan Hualien şəhərindən 18,3 kilometr cənubda dənizdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Geri dön