Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Mətbuat Şurası və Neft Fondu jurnalistlər üçün birgə müsabiqə elan etdi
Mətbuat Şurası və Neft Fondu jurnalistlər üçün birgə müsabiqə elan etdi22-06-2024, 14:35. Yazar: Admin |
![]() Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edib.
Mükafatlandırma I yer - 1 nəfər - 1000 manat II yer - 1 nəfər - 800 manat III yer - 1 nəfər - 500 manat Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat Müsabiqə mükafatçılarının adları 29 iyul 2024-cü ilədək açıqlanacaqdır. Müsabiqə şərtləri Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcəkdir:
Müsabiqəyə 22 iyun 2024-cü il tarixindən 20 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaqdır. Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Qeyd 1: Yazıda “ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Müsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
Təqdimat göndərişində yer almalıdır:
Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək. Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı info@presscouncil.az elektron ünvanına göndərilməlidir.
Əlaqə: (+994 12) 441 35 96; (+994 50) 242 09 91; (+994 55) 789 85 03. Geri dön |