Ana Sayfa > Karusel / Dünya > Orban: Macarıstan NATO-nun Ukraynada hərbi missiyasında təmsil olunmayacaq

Orban: Macarıstan NATO-nun Ukraynada hərbi missiyasında təmsil olunmayacaq


21-06-2024, 12:45. Yazar: Admin

Macarıstan Baş naziri Viktor Orban

 NATO Ukraynada hərbi missiya təşkil edəcək və Macarıstan bu missiyada təmsil olunmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban "Kossuth" radiosuna müsahibəsində deyib.
"NATO-nun Ukraynada hərbi missiyası olacaq, lakin Macarıstan orada iştirak etməyəcək", - deyən Orban, ölkəsinin bu ideyanı maliyyə, texniki və ya hərbi personalın köməyi ilə dəstəkləməyəcəyini əlavə edib.
"Avropa qatarı müharibəyə doğru gedir", deyən Macarıstan hökumət başçısı Orban, Donald Trampın noyabrda prezident seçilərək Ağ Evə qayıtdığı təqdirdə bu "qatarı dayandıra" biləcəyini deyib.

Geri dön